ABŞ Prezidenti Donald Tramp "New York Post"a müsahibəsində İranla danışıqların sürətləndiyini bildirib.
O, İranın nüvə silahından əl çəkdiyini və razılaşmanın müsbət dəyişikliklər gətirəcəyini qeyd edib.
Tramp vurğulayıb ki, Ali Lider Xamenei qərarların qəbulunda iştirak edir. Dəniz blokadasının sentyabra qədər davam edə biləcəyini istisna etməyib.
Fevralın 28-də İsrail İrana qabaqlayıcı zərbə endirib, ABŞ da əməliyyata qoşulub. İran cavab olaraq İsrailə ballistik raketlər atıb.
Martın 1-də Xameneinin öldürüldüyü açıqlanıb. İran qonşu ölkələrdəki ABŞ bazalarını hədəf alıb, hava məkanı bağlanıb.
Aprelin 8-də Tramp atəşkəs elan edib. İlk görüş İslamabadda keçirilib, ikinci görüş baş tutmayıb.












