"Real Madrid"in prezidenti Florentino Peres növbəti seçkidə qalib gələcəyi təqdirdə Joze Mourinyonu baş məşqçi təyin edəcəyini açıqlayıb.
Bu barədə Peresin seçkiqabağı qərargahı "X" hesabında məlumat yayıb. Qərargah Mourinyonun "Real" forması ilə "Bəli!" dediyi videoçarx paylaşıb.
79 yaşlı funksionerə qarşı seçkidə iş adamı Enrike Rikelme mübarizə aparacaq. Seçki iyunun 7-nə təyin edilib.
Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə "Real"da çalışıb, hazırda "Benfika"ya rəhbərlik edir.












