İran Hərbi Dəniz Qüvvələri Oman körfəzində ABŞ esminesinə hücum edib.
Oxu.Az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti bəyanat yayıb.
"Bir neçə saat əvvəl İranın Hərbi Dəniz Qüvvələri aşkarlama və eyniləşdirmə prosesindən sonra Oman körfəzində ərazi sularımıza yaxınlaşmaq niyyətində olan ABŞ esminesində yerləşən komandanlıq və idarəetmə mərkəzinə zərbə endirib", - deyə bəyanatda bildirilib.












