Rusiya dronu Rumıniyanın Qalati şəhərində çoxmərtəbəli yaşayış binasına çırpılıb.
Partlayış və yanğın nəticəsində iki nəfər xəsarət alıb. Hadisə gecə saatlarında Ukraynaya edilən hücum zamanı baş verib.
Rumıniya Müdafiə Nazirliyi bildirib ki, bu, ilk dəfədir ki, dron sıx məskunlaşılan əraziyə düşür və itkilərə səbəb olur.
70 nəfər təxliyə edilib. Xəsarət alanlar arasında qadın və uşaq da var.












