Bakı-Xankəndi beynəlxalq velosiped yarışının dördüncü mərhələsi bu gün start götürüb.
Velosipedçilər Gəncədən yola düşərək Naftalana qədər 152.8 km məsafə qət edəcəklər.
III mərhələdə Qazaxıstanın XDS Astana komandasından Qleb Suritsa qalib gəlib.
II mərhələdə eyni komandadan Yevgeni Fyodorov birinci olub.
I mərhələnin qalibi Çinin Li-Ninq Star komandasından Aleksey Şnirko olub.
Yarışda 20 ölkədən 24 komanda iştirak edir. Ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarış mayın 14-də başa çatacaq.












