Gəncə Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası işi başa çatıb. Təqsirləndirilən Vüsal Məmmədova hökm oxunub.
Məhkəmənin qərarına əsasən, Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Məmmədov Şəmkirdə orta məktəbdə fiziki tərbiyə müəllimi işləyib. O, ailəsi və qohumları ilə Gədəbəyə istirahətə gedib. Qayıdarkən KIA markalı maşının idarəetməsini itirib və avtomobil dərəyə aşıb.
Qəzada həyat yoldaşı Azadə Məmmədova (1991-ci il təvəllüdlü) və qohumu Asəf Tapdıqov (1973-cü il təvəllüdlü) hadisə yerində ölüblər. Sürücü və digər 3 sərnişin xəstəxanaya yerləşdirilib.





