Los-Ancelesdə (ABŞ) NBA pley-off 1/4 finalında "Leykers" və "Oklahoma" dördüncü dueldə qarşılaşıb.
Görüş meydan sahiblərinin 110:115 məğlubiyyəti ilə bitib. Bu, Lebron Ceyms üçün karyerasının 2000-ci matçı olub.
Ulduz basketbolçu 2003-cü ildə "Klivlend"də başlayıb. O, 1001 oyun "Klivlend", 381 "Mayami" və 546 "Leykers"də keçirib. ABŞ millisində 49, All-Star oyunlarında isə 2 dəfə yer alıb.
Bir müddət əvvəl Lebron NBA tarixində pley-offda 300 oyun həddinə çatan ilk oyunçu olub. 41 yaşlı hücumçu topladığı xallar və 23 mövsümə görə mütləq rekordçudur.
Seriyada "Leykers" 0:4 uduzaraq mövsümü başa vurub.






