Futbol üzrə dünya çempionatında Almaniya millisi Kürasao/ı böyük hesabla məğlub edib.
Hyuston şəhərində keçirilən E qrupunun matçında avropalılar 7:1 hesablı qələbəyə seviniblər.
Almaniya millisinin qollarını Feliks Nmeça (6), Niko Şlotterbek (38), Kay Havertz (45+5-pen, 88), Camal Musiala (47), Nataniel Braun (68) və Deniz Undav (78) vurublar. Kürasaonun yeganə qolunu Livano Komenensiyan (21) vurub.
Bu qrupun digər oyunu saat 03:00-da Kot-d'İvuar və Ekvador komandaları arasında keçiriləcək.












