Beynəlxalq Futbol Federasiyası (FIFA) ABŞ-yə buraxılmayan somalili hakim Omar Artana tam qonorar ödəyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Omar Artan diplomatik pasportla ABŞ-yə daxil olmaq istəyib, lakin Mayami Hava Limanında heç bir səbəb göstərilmədən ölkəyə buraxılmayıb. O, İstanbula geri göndərilib.
FIFA prezidenti Canni İnfantino bu hadisəni xoşagəlməz adlandırıb və təşkilatın proseslərə tam nəzarət edə bilmədiyini bildirib.
Qeyd edək ki, Omar Artan dünya çempionatında iştirak edəcək Somalidən olan ilk hakim idi. O, həmçinin UEFA Superkubokuna baş hakim təyin edilib.












