On üç futbol federasiyası UEFA prezidenti Aleksander Çeferini dünya çempionatının yeni formatı ilə bağlı fikirlərinə görə tənqid edib.
Bəyanatda dünya çempionatında heç bir matçın əhəmiyyətsiz olmadığı vurğulanıb. Kabo-Verde, Kürasao və Özbəkistan üçün mundiala vəsiqə qazanmaq tarixi nailiyyətdir.
Konqo Demokratik Respublikası və Haiti üçün isə uzun fasilədən sonra qayıdış xüsusi əhəmiyyət daşıyır. Bəyanatda bu oyunların az əhəmiyyətli olması fikrinin futbolçuların səylərini nəzərə almadığı bildirilib.
Məktubu imzalayan ölkələr: Kabo-Verde, Kürasao, Özbəkistan, Konqo Demokratik Respublikası, Haiti, Əlcəzair, Tunis, Mərakeş, Misir, Qana, Seneqal, Cənubi Afrika Respublikası və Kot-d'İvuar.
Çeferin daha əvvəl səviyyə fərqinin böyük olması səbəbindən genişləndirilmiş formatın maraqsız olduğunu söyləmişdi.












