Bakıda torpaq bazarında qiymətlər yenidən yüksəlir. Xüsusilə yay mövsümünün yaxınlaşması və fərdi ev inşasına maraq bazarda canlanma yaradıb.
Ən ucuz torpaq beş min, ən bahası isə yarım milyon manata qədərdir. Söhbət çıxarışlı torpaq sahəsinin bir sotunun qiymətindən gedir.
Əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, qiymətə tikinti üçün əlverişli hava da təsir edir. Hər il yaz-yay mövsümündə tələbat artır, bu da qiymətləri yüksəldir.












