Vergi ödəyiciləri tez-tez vergi orqanlarının qərarlarına şikayət verir, lakin prosesdə səhvlərə yol verirlər. Son illər prosedurlar sadələşsə də, problemlər qalmaqdadır.
Mütəxəssislər bildirir ki, ən çox bəyannamələr düzgün təqdim edilməyir. Bəzən boş göndərilir, bəzən ümumiyyətlə təqdim edilmir. Bu isə əlavə vergi öhdəlikləri yaradır.
Uyğunsuzluq məktublarına vaxtında cavab verilməməsi də problemi dərinləşdirir. Ödəyicilər məktubu aldıqdan sonra dəqiqləşdirilmiş bəyannamə təqdim etməli və izahatlarını əsaslandırmalıdır.
Dövlət Vergi Xidməti qeyd edir ki, bəzi ödəyicilər araşdırmanın yekununu gözləmədən İnzibati Şikayətlər Baş İdarəsinə müraciət edir ki, bu anlaşılmazlıq yaradır.












