Özbəkistanda keçirilən "UzChess Cup" beynəlxalq şahmat turniri sona yaxınlaşır.
Oxu.Az xəbər verir ki, "Challenge" bölməsində qalib artıq müəyyənləşib.
Azərbaycan çempionu Məhəmməd Muradlı 7 turda maksimum xal toplayaraq birinci yeri təmin edib. Aktivində 7 xal olan Muradlı sabah son turda özbəkistanlı Cahongir Vahidovla qarşılaşacaq.
Nəticədən asılı olmayaraq, Muradlı turnirin qalibi olacaq.












