İsveçrənin Cenevrə şəhərində "Böyük yeddilik" (G7) sammitinə etiraz edən minlərlə insan küçələrə axışdı.
Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur oldu.
Toqquşmalar BMT yaxınlığında baş verdi. Radikallar daş, petarda və fişəng atdı.
Mağazaların, bankların vitrinləri və bir sıra beynəlxalq təşkilatların ofisləri zərər gördü.












