Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyev 80 yaşının astanasında maraqlı müsahibə verdi. Sənətçi erməni kamançaçı Boris haqqında maraqlı xatirələrini bölüşdü.
"Pişik siçanı güdən kimi məni qabaqlamaq istəyirdi, amma imkan vermirdim", - deyə Vamiq Məmmədəliyev vurğulayıb.
O, qeyd edib ki, sovet dövründə erməni musiqiçilərlə birgə ifa etmək məcburiyyətində qalıb: "Erməni ki, erməni...".
Müsahibədə tarzən uşaqlıq illərindən, sənət yolundan və müasir musiqi problemlərindən də danışıb.

