Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, 14 vaqondan ibarət olan və çəkisi 977 ton olan buğda tədarük olunacaq.
Qatar biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistana istiqamətlənəcək.












