Əvvəllər investisiya üçün Bakı mənzilləri seçilirdi. İndi isə tendensiya dəyişib. İnvestorlar daha çox bölgələrə, xüsusən turizm potensialı yüksək ərazilərə üstünlük verir.
Xəzər TV-yə istinadən Oxu.Az xəbər verir ki, mütəxəssislərə görə, istirahət və gəlir imkanı əsas amillərdir. Turizm infrastrukturunun inkişafı bölgələrdə daşınmaz əmlaka marağı artırıb.
Ekspert deyir ki, yaşayış və investisiya üçün seçilən əmlaklar çox vaxt gözləntiləri doğrultmur. Bakıda qiymətlərin sürətlə artması investisiya həcmini yüksəldib, qısa müddətdə geri dönüşü çətinləşdirib. Buna görə insanlar az xərclə tez qazanc axtarır.
Onun fikrincə, turizm potensialı və gəlir imkanları bu tendensiyanı yaxın illərdə də davam etdirəcək.












