Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Hörmüz boğazındakı böhran Azərbaycana ciddi təsir göstərmir.
Bu barədə o, "Euronews" televiziyasına müsahibəsində mayın 18-də danışıb.
"Çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Bu siyasət uzun illərdir həyata keçirilir və tərəfdaşlarımız, eləcə də qonşu ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat bağlılığı üzrə şaxələndirilmiş təchizat sistemi formalaşdırmağa nail olmuşuq", - deyə Əliyev vurğulayıb.












