Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma memorandumu imzalanıb.
Sənədi Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon bələdiyyə başçısı Ahmet Metin Genç imzalayıb.
Qeyd edək ki, Şuşa indiyədək doqquz şəhərlə qardaşlıq əlaqəsi qurub. Yeni memorandumla bu say 10-a çatıb.












