Baş nazir Əli Əsədovun imzaladığı qərarla, Azərbaycanda beynəlxalq avtomobil daşımalarında İcazə sistemi elektronlaşdırılır.
İkitərəfli, tranzit və üçüncü ölkələrə yük daşımaları, həmçinin beynəlxalq qeyri-müntəzəm sərnişin daşımaları üçün yeni İcazə blankları təsdiqlənib.
AYNA sistemi ilə əlaqəli ölkələrlə İcazə blanklarının mübadiləsi yalnız elektron qaydada aparılacaq.
Beynəlxalq Nəqliyyat Forumunun illik və qısamüddətli İcazələri də elektron formada veriləcək.
Elektron blanklarda nəqliyyat vasitəsinin məlumatları, marşrut, yük çəkisi və məhdudiyyətlər göstəriləcək.












