Ölkənin ilk rəqəmsal bankı olan Birbank, eşitmə və nitq məhdudiyyətli müştərilər üçün inklüziv xidmətlərini genişləndirir. Mobil tətbiqdə təqdim edilən işarət dili ilə videozəng xidmətindən sonra, artıq seçilmiş filiallarda da bu xidməti əldə etmək mümkündür.
Hazırda işarət dili ilə xidmət Bakının Abşeron, Qara Qarayev, Sahil, Binəqədi, Gənclik Mall və Gəncə filiallarında mövcuddur. Bankın 20-yə yaxın əməkdaşı işarət dili təlimləri keçərək müştərilərlə birbaşa ünsiyyət qurmaq bacarığı qazanıb.
Birbank, ötən il "Əngəlsiz bankçılıq" layihəsi çərçivəsində mobil tətbiqdə işarət dili ilə videozəng xidmətini təqdim edən ilk bank olub. Layihənin genişləndirilməsi ilə 3000-ə yaxın eşitmə və nitq məhdudiyyətli müştəri həm rəqəmsal kanallar, həm də fiziki xidmət nöqtələrindən rahatlıqla yararlana bilir.
Bu təşəbbüs maliyyə xidmətlərini hər kəs üçün əlçatan etmək məqsədi daşıyır. Gələcəkdə işarət dili ilə xidmət göstərən filialların sayının artırılması planlaşdırılır.
Birbank, Kapital Bank-ın əmtəə nişanı olaraq, 3 milyondan çox aktiv istifadəçi, 114 filial və 52 şöbə ilə fəaliyyət göstərir. Daha ətraflı məlumat üçün birbank.az saytına, 196 əlaqə mərkəzinə və ya sosial şəbəkə səhifələrinə müraciət edə bilərsiniz.












