Rusiyanın BMT səfiri Vassili Nebenzia, ABŞ-ın Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimovun BMT Təhlükəsizlik Şurasının iclasına qatılması üçün viza vermədiyini bildirib.
Nebenzia bunu BMT Baş Qərargahı Sazişinin pozulması adlandırıb. Çin Xarici İşlər naziri Vang Yi tərəfindən idarə olunan iclasda Alimovun iştirak etməsi planlaşdırılırdı.
ABŞ Dövlət Departamenti hələ ki, açıqlama verməyib. Nebenzia, viza verilməməsini Çin sədrliyinə və BMT Nizamnaməsinə hörmətsizlik kimi qiymətləndirib.












