Madriddə on minlərlə insan baş nazir Pedro Sançesonun istefasını tələb edən kütləvi aksiyada iştirak edib.
Etirazçılar Moncloa sarayı yaxınlığında polis baryerlərini keçməyə çalışıblar. Polis bir qrup maskalı şəxsi saxlayıb.
“Sosialist mafiyasına istefa” şüarları altında keçən yürüşdə İspaniya bayraqları dalğalanıb. Təşkilatçılar 80 min, rəsmi mənbələr isə 40 min iştirakçı bildirir.
Müxalifət Xalq Partiyası və Vox liderləri də aksiyaya qatılıb. Əvvəlki baş nazir Zapatero rüşvət və pul yuma ittihamı ilə araşdırılır.












