Rusiyanın nəzarətindəki Luqansk bölgəsində tələbə yataqxanasına edilən PUA hücumunda ölənlərin sayı 6-dan 10-a yüksəlib.
Rusiya rəsmiləri, Ukraynanın Starobilsk şəhərindəki yataqxananı qəsdən hədəf aldığını iddia edir.
Rusiyanın təyin etdiyi rəhbər Leonid Paseçnik, 10 nəfərin öldüyünü, 48 nəfərin yaralandığını və 11 nəfərin itkin düşdüyünü bildirib.
Ukrayna ordusu ittihamları rədd edərək, bölgədə elit PUA komanda mərkəzini vurduğunu və beynəlxalq hüquqa riayət etdiyini açıqlayıb.












