Serbiya Prezidenti Aleksandar Vuçiç mayın 17-18-də Azərbaycanda səfərdə olacaq.
Bu barədə Serbiya Prezident Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasında iştirak edəcək.
Açılış mərasimindən sonra Vuçiç BMT rəsmiləri, qlobal şirkət nümayəndələri və vətəndaş cəmiyyəti aktorlarının çıxışlarını dinləyəcək.
Serbiya prezidenti forumun əsas hissəsində çıxış edəcək, həmçinin yüksəkvəzifəli şəxslərlə görüşlər keçirəcək.












