Meksika sahillərində, Kaliforniya körfəzində 6.0 maqnitudalı zəlzələ qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumatına görə, yeraltı təkanların episentri Los-Moçis şəhərindən 108 km cənub-şərqdə yerləşib.
Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Xəsarət və dağıntı barədə məlumat yoxdur.











