İraqda siyasi xadimlər, yüksəkvəzifəli məmurlar və iş adamlarının adları hallanan genişmiqyaslı korrupsiya işi üzrə istintaq çərçivəsində təxminən 116 milyon dollar müsadirə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Mənbələrə görə, müsadirə edilən vəsaitin məbləği 100 milyard İraq dinarını (76.3 milyon dollar) ötüb. Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı isə daha 40 milyon dollar nağd pul aşkarlanıb.
İstintaq çərçivəsində qanunsuz yollarla əldə edilmiş onlarla avtomobil və yüzlərlə qeydiyyatsız silah da müsadirə olunub. Əvvəlcə məmurların saxlanılması üçün ən azı 200 həbs orderi verilib.
Xatırladaq ki, bazar günü İraq parlamentinin 47 yüksəkvəzifəli məmuru və deputatı korrupsiya ittihamı ilə saxlanılıb.












