ABŞ və İran arasında 60 günlük atəşkəsin uzadılması ilə bağlı saziş imzalanmağa yaxındır. Axios-un məlumatına görə, bu müddət ərzində Hormuz boğazı açılacaq, İran neftini sərbəst sata biləcək.
Sazişə əsasən, İran boğazda yerləşdirdiyi minaları təmizləyəcək. ABŞ isə İran limanlarına blokadanı qaldıracaq və neft satışı üçün sanksiya güzəştləri verəcək.
İran nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürür. Uranın zənginləşdirilməsinin dayandırılması və yüksək zənginləşdirilmiş uran ehtiyatının çıxarılması danışıqları aparılacaq.
Mənbələr bildirir ki, İran vasitəçilər vasitəsilə şifahi öhdəliklər verib. Ağ Ev hələlik şərh verməyib.












