Bond.az xəbər verir ki, ABŞ və İran Hormuz boğazının açılması ilə bağlı plan müzakirə edir.
Nikkei qəzetinin məlumatına görə, sülh sazişi imzalandıqdan 30 gün sonra boğaz minalardan təmizlənəcək.
Bundan sonra bütün ölkələrin gəmiləri sərbəst hərəkət edə biləcək və İran tranzit haqqı almayacaq.
Atəşkəs 60 gün uzadılacaq, bu müddət ərzində İranın nüvə proqramı ilə bağlı danışıqlar aparılacaq.












