Bond.az - Mayın 17-də Ukrayna Rusiyaya ən böyük gecə dron hücumunu həyata keçirib. Nəticədə Moskva vilayətində 3, Belqorodda isə 1 nəfər həlak olub.
Rusiya Müdafiə Nazirliyi son 24 saatda ölkə üzərində 1000-dən çox Ukrayna dronunun vurulduğunu bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə iki günlük hücumundan sonra qisas alacağını açıqlamışdı. O, dron hücumunun videosunu yayaraq, 'Müharibəni uzadan Rusiyaya cavablarımız tamamilə haqlıdır' deyib.
Rusiya Xarici İşlər Nazirliyi isə Ukraynanı mülki şəxsləri hədəf almaqda ittiham edib.












