Bakının Bayıl qəsəbəsində yerləşən 5 nömrəli Kliniki Doğum Evi illərdir bağlıdır. Təmirə başlanılsa da, işlər yarımçıq dayanıb.
Baku TV-nin araşdırmasına görə, sakinlər bu vəziyyətdən narazıdır. Qəsəbədə yeganə doğum evi olan bu müəssisənin fəaliyyətsizliği ciddi problem yaradır.
Bir sakin deyir: "Qəsəbədə bir doğum evi var. Beş ildir işləmir. Təmir nə vaxt bitəcək, bilmirik. Camaat hara getsin?"
Bina baxımsız vəziyyətdədir. Hətta yanğın hadisəsi də olub. Sakinlər ətrafa yayılan iydən şikayətçidir.












