Ağcabədi şəhərində güclü külək bir sıra problemlərə səbəb olub.
Ötən gecə güclü küləyin təsiri ilə iri ağac aşaraq "Mercedes-Benz" və VAZ-2106 markalı avtomobillərin üzərinə düşüb.
Hər iki avtomobilə ciddi ziyan dəyib.
Bundan əlavə, qaz xətti zədələnib. Əraziyə xilasetmə qrupları cəlb olunub.












