Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarlarında dəyişiklik edilib. Nazir Emin Əmrullayev yeni qərar imzalayıb.
Qərara əsasən, təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, bərpa olunma və akademik məzuniyyətdən sonra təhsilə davam etmə tələbənin əvvəlki tədris dilinə uyğun aparılacaq. İstisna yalnız ingilis və türk dilləri üçün nəzərdə tutulub.
Tələbələrin təhsil müddəti hesablanarkən akademik məzuniyyət dövrü və xaric olunduqdan bərpa olunana qədərki müddət nəzərə alınmayacaq.
Əlavə təhsil təkrar ali təhsil istiqaməti üzrə təhsil alanların müəssisə, ixtisas və təhsil formasını dəyişməsinə icazə verilmir. Onlar yalnız xaric olma, bərpa olunma və akademik məzuniyyət hüququna malikdirlər.
Xüsusi qabiliyyət tələb edən ixtisaslarda təhsil dəyişikliyi yalnız qəbul ilindəki minimal keçid balından yüksək nəticə olduqda mümkündür.
Xarici ölkə universitetlərində təhsil alan tələbələr üçün də xüsusi qaydalar tətbiq edilir.












