Bond.az White LogoBond.az Black Logo

Xəzərdə helikopter və gəmilərlə güc nümayişi

Xəzərdə keçirilən genişmiqyaslı hərbi təlimdə helikopterlər, döyüş gəmiləri və xüsusi təyinatlılar iştirak edib. Kritik enerji infrastrukturunun müdafiəsi üzrə taktiki əməliyyatlar uğurla icra olunub.

Vüqar Həsənli
Müəllif:Vüqar Həsənli- Senior Editor
|
0

Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələri (HDQ) tərəfindən Hərbi Hava Qüvvələri (HHQ), Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi (DSXSM) və Fövqəladə Hallar Nazirliyinin (FHN) iştirakı ilə genişmiqyaslı təlim keçirilib.

“Dənizdə və sahilyanı ərazilərdə kritik enerji infrastrukturuna təhdidlər zamanı müdafiə əməliyyatlarının aparılması” mövzusunda olan döyüş atışlı taktiki təlim bir neçə mərhələdə icra edilib.

Təlimdə HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmiləri, eləcə də Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələri iştirak edib.

Məqsəd komandir heyətinin ekstremal şəraitdə operativ qərar qəbuletmə bacarıqlarını təkmilləşdirmək, gəmilərin fərdi və taktiki qrup tərkibində döyüş tapşırıqlarına hazırlığını yoxlamaq olub.

“Həyəcan” siqnalı ilə qaldırılan bölmələr tam döyüş hazırlığına gətirilərək əməliyyat rayonlarına çıxarılıb.

Döyüş atışlı təlimdə patrulaparma, təxribat və hücum cəhdlərinin qarşısının alınması, hava, suüstü və sualtı vasitələrin məhv edilməsi kimi tapşırıqlar uğurla yerinə yetirilib.

Sonrakı mərhələdə dəniz xüsusi təyinatlıları, HDQ və DSXSM gəmiləri ilə birgə kritik infrastrukturun mühafizəsini təmin edib, şərti düşmənin diversiya qruplarını zərərsizləşdirib.

Helikopter dəstəyi ilə terrorçu qrupların bazalarına eniş edilərək gizlənmiş silahlılar məhv edilib.

Gəmi Əməliyyatları Qrupları ələ keçirilmiş gəminin azad edilməsi və girovların xilası üzrə əməliyyat icra edib.

Dəniz piyadaları terrorçuların ələ keçirdiyi yaşayış məntəqəsində girovları azad edib.

Yanğının söndürülməsi, yaralıların xilası və minaların zərərsizləşdirilməsi FHN və HDQ Axtarış Xilasetmə Xidməti tərəfindən həyata keçirilib.

İti sürətli katerlər ağır yaralıları tibbi gəmiyə təxliyə edib.

Təlimin sonunda gəmi, kater və yeni silahlı insansız dəniz vasitələrinin nümunəvi keçidi təşkil edilib.

Təlimdə əsas diqqət Xəzərdə kritik enerji infrastrukturunun mühafizəsi və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.

Digər Xəbərlər
2026-07-05 15:02
|
343

Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı

Müdafiə Nazirliyi həftəlik icmalını video formatında təqdim edib. Həftə ərzində baş vermiş hadisələr öz əksini tapıb.

0
2026-07-04 06:31
|
770

Naxçıvanda hərbi təlim toplanışı başa çatdı

Naxçıvanda hərbi vəzifəlilərlə təlim toplanışı başa çatdı. Qeydiyyat, tibbi müayinə, atış təlimləri və mükafatlandırma barədə məlumat.

0
2026-07-02 19:00
|
935

MN elektron xidmətlər portalı sadə və əlçatan

Müdafiə Nazirliyi elektron xidmətlər portalının sadə və əlçatan olduğunu vurğulayıb.

0
2026-07-02 14:01
|
927

Azərbaycan Ordusunun sülhməramlı bölmələri hansı ölkələrdə?

Azərbaycan Ordusunun sülhməramlı bölmələrinin fəaliyyət göstərdiyi ölkələr və beynəlxalq əməkdaşlıq haqqında hesabat.

0
2026-07-01 15:00
|
368

Azərbaycan və Bolqarıstan hərbi polisi əməkdaşlığı gücləndirir

Azərbaycan və Bolqarıstan hərbi polisi əməkdaşlığı gücləndirir. İkitərəfli görüşdə daxili təhlükəsizlik və birgə təlimlər müzakirə olunub.

0
2026-06-29 21:30
|
291

Böyük Britaniya ilə hərbi əməkdaşlıq Azərbaycan Ordusunu gücləndirir

Azərbaycan və Böyük Britaniya arasında müdafiə əməkdaşlığı ordunun güclənməsinə necə təsir edir? Hərbi təhsil, kibertəhlükəsizlik və birgə təlimlər.

0
2026-06-29 16:01
|
876

Hərbi Hava Qüvvələri kursuna qəbul başladı

Milli Müdafiə Universitetinin Hərbi Hava Qüvvələri üzrə zabit hazırlığı kursuna sənəd qəbulu başlayıb. 35 yaşadək kişilər müraciət edə bilər.

0
2026-06-28 21:30
|
889

Süni intellekt ordunun inkişafını necə formalaşdırır?

Süni intellekt əsaslı hərbi sistemlərin Azərbaycan Ordusunun inkişafına təsiri haqqında Baku TV-nin Yekunlaşdıraq verilişində müzakirə olunan mövzular.

0
2026-06-28 16:31
|
828

Müdafiə Nazirliyi həftəlik icmalı - VİDEO

Müdafiə Nazirliyinin həftəlik video icmalı: son hadisələr və xəbərlər.

0
2026-06-26 16:32
|
682

Kursantlarımız Qazaxıstanda hərbi toplanışda

Azərbaycan kursantları Qazaxıstanda XII Beynəlxalq Aybın-2026 hərbi vətənpərvərlik toplanışında iştirak edir.

0
2026-06-26 16:01
|
341

Tarixçi: Müasir ordular içində ilk onluqdayıq

Tarixçi Bəxtiyar Məhərrəmov Azərbaycan Ordusunun müasir ordular içində ilk onluqda olduğunu bildirib.

0
2026-06-26 12:30
|
415

Zakir Həsənov yeni generallara rütbələr təqdim etdi

Müdafiə naziri Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi. Prezidentin sərəncamı ilə general-mayor rütbəsi alan zabitlərə təbriklər çatdırıldı.

0
...
Xəzərdə helikopter və gəmilərlə güc nümayişi | Bond.az