Azərbaycanın ordu quruculuğu qədim ənənələrə söykənir. Tarixçi Bəxtiyar Məhərrəmov Baku TV-yə açıqlamasında bildirib ki, ölkənin hərb tarixi eramızdan əvvəl III minilliyə qədər uzanır.
O qeyd edib ki, Səfəvilər dövründə I Şah Abbasın islahatları daimi ordu sisteminin əsasını qoyub. Azərbaycan Xalq Cümhuriyyəti də könüllü dəstələr əsasında 40 minlik ordu qurub.
Bu gün Azərbaycan Ordusu xalq ordu konsepsiyası ilə qurulub və müasir göstəricilərə görə ilk onluqda yer alır. Xüsusi təyinatlı bölmələr və texnoloji üstünlük ordunun gücünü artırır.












