Bakı TV-nin "Hərbi xronika" verilişinin son buraxılışında Azərbaycan və Böyük Britaniya arasında müdafiə sahəsində strateji tərəfdaşlığın inkişafı təhlil edilib.
Böyük Britaniyanın səfiri Dunkan Norman Silahlı Qüvvələr Günü bəyanatında Londonun Azərbaycanla müdafiə əməkdaşlığına verdiyi önəmi vurğulayıb.
2025-ci ilin sonunda Britaniya müdafiə naziri Lord Vernon Koakerin Bakıya səfəri və 2026-2027-ci illər üçün İkitərəfli Müdafiə Planının imzalanması əməkdaşlığı yeni mərhələyə çıxarıb.
Azərbaycan zabitləri Britaniyanın hərbi akademiyalarında təhsil alır, NATO standartları üzrə birgə təlimlər keçirilir. "Defence Cyber Marvel" kimi tədbirlər kibertəhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirir.
Müdafiə sənayesində texnologiya mübadiləsi, birgə istehsal imkanları, silah ixracı məhdudiyyətlərinin aradan qaldırılması və Bakıda daimi hərbi attaşenin fəaliyyəti yeni imkanlar yaradır.












