"Xəzri TN" MMC - №1 Çörək zavodu son günlər maffin məhsulu ilə bağlı yayılan iddialara açıqlama verib.
Müəssisə daxili araşdırma apararaq istehsal prosesini, xammalları, qablaşdırma materiallarını və saxlama şəraitini yoxlayıb.
Məhsul satışa çıxarılmazdan əvvəl akkreditasiya olunmuş laboratoriyada mikrobioloji analizlərdən keçib və nəticələr təhlükəsizlik tələblərinə cavab verdiyini təsdiqləyib.
Araşdırmalar kiflənmə halının istehsal qüsuru olmadığını, ehtimal ki, saxlama şəraitindəki uyğunsuzluqlarla bağlı olduğunu göstərib.
Bəzi mənbələrdə yayılan görüntülərin illər əvvəl çəkildiyi və qablaşdırma dizaynının dəyişdiyi bildirilib.
Zavod ISO 9001 və ISO 22000 sertifikatlarına malikdir və FSSC 22000 sertifikatı almaq üçün işlər aparılır.












