Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Məzun günü" tədbiri keçirilib.
Tədbirdə bakalavr və magistr məzunları, AHİK və üzv təşkilat rəhbərləri, müəllimlər və valideynlər iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlər bir dəqiqəlik sükutla anılıb.
AHİK sədrinin müavini Musa Mirzəyev məzunları təbrik edərək, ölkədə gənclər və təhsil siyasətinin uğurla davam etdiyini vurğulayıb.
Akademiyanın rektoru Fərid Babayev və digər çıxışçılar təhsilin keyfiyyətinin artırılmasından danışıblar.
Məzunlar təşəkkürnamələr alıb, tədbir konsert proqramı ilə yekunlaşıb.












