Bond.az White LogoBond.az Black Logo

ATU-da DDTU nümayəndə heyəti ilə görüş

ATU rektoru Gəray Gəraybəyli Daşkənd Dövlət Tibb Universiteti nümayəndə heyəti ilə görüşüb. Əməkdaşlıq və akademik mübadilə müzakirə olunub.

Anar Quliyev
Müəllif:Anar Quliyev- Senior Editor
|
0

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Özbəkistan Respublikası Daşkənd Dövlət Tibb Universitetinin (DDTU) ATU-da akademik fəaliyyətdə olan nümayəndə heyəti ilə görüşüb.

Görüşdə dövlətlər və xalqlarımız arasında yüksəksəviyyəli əlaqələrin hər müstəvidə böyük uğurla, artan dinamika ilə inkişafından söz açan Gəray Gəraybəyli ortaq mədəniyyətə sahib iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə söykəndiyini diqqətə çatdırıb.

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi görüşünə də diqqətçəkən rektor bu səfərin yaxın münasibətlərin əsas göstəricisi olduğunu, eyni zamanda ölkələr arasında əməkdaşlığın hərtərəfli gücləndirilməsi və dərinləşdirilməsinə daha da təkan verdiyini vurğulayıb.

Özbəkistanla Azərbaycanın ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişafını, əməkdaşlığın təhsil, xüsusən də tibbi təhsil sahəsində dərinləşdirilməsi üçün geniş imkanlar olduğunu və bu aspektdə də ATU ilə DDTU arasında imzalanmış anlaşma memorandumunu xatırladan rektor qarşılıqlı səfərlər, eləcə də mütəmadi görüşlərin münasibətlərin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyini nəzərə çatdırıb.

DDTU nümayəndə heyətinə rəhbərlik edən Özbəkistan Respublikasının Əməkdar tibb işçisi, Elm və texnika sahəsi üzrə Dövlət Mükafatı laureatı, professor, Otorinolarinqologiya kafedrasının müdiri, 'Happy Life' klinikasının direktoru Şavkat Amonov da iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə böyük maraq göstərildiyini, universitetlərarası akademik mübadilə proqramının bu baxımdan xüsusi rolu olduğunu bildirib. Proqram çərçivəsində ATU ilə tanışlıq zamanı burada yaradılan şəraiti yüksək dəyərləndirən və səmimi qarşılanmaya görə minnətdarlığını ifadə edən qonaq Azərbaycanla bağlı xoş təəssüratlarını da paylaşıb.

Görüşdə özbəkistanlı mütəxəssislərin otorinolarinqologiya sahəsi üzrə rezidentlərə mühazirələri, kafedralararası aprobasiya, praktik məşğələ və cərrahi əməliyyatlarda iştirakı haqda da ətraflı məlumat verilib.

Qeyd edək ki, Özbəkistan nümayəndə heyətinin (kafedranın dosentləri - Firuza Nurmuxamedova, Jamol Erqaşev, kafedranın assistentləri - Maftuna Omonova, Zarina Eqamberdiyeva və DDTU-nun I kurs magistri Jasmin Turaeva) ATU-nun Qulaq, burun, boğaz xəstəlikləri kafedrasında akademik fəaliyyəti 12 iyun 2026-cı il tarixinə qədər davam edəcək.

Digər Xəbərlər
Bu gün / 06:02
|
289

IM LS9 hibrid SUV Bakıda təqdim olundu

IM LS9 plug-in hibrid SUV Bakıda təqdim olundu. Qiymət, texniki xüsusiyyətlər, zəmanət və əlaqə məlumatları.

0
Dünən / 14:33
|
296

İRİA "Microsoft for Startups" proqramına qoşulub

İRİA Microsoft for Startups proqramına qoşularaq yerli startaplara qlobal texnologiya imkanları təqdim edir. Müraciət deadline: 1 dekabr 2026.

0
Dünən / 14:02
|
552

David Seliverstov Caspian Capital Holding-in vitse-prezidenti təyin edildi

David Seliverstov Caspian Capital Holding-in vitse-prezidenti təyin edilib. O, texnologiya, innovasiya və beynəlxalq əməkdaşlıq üzrə fəaliyyət göstərəcək.

0
Dünən / 13:02
|
706

Silk Way West Airlines və CargoAi rəqəmsal tərəfdaşlıq imzaladı

Silk Way West Airlines və CargoAi Air Cargo China 2026 sərgisində rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb. Yeni inteqrasiya ilə yükdaşıma daha səmərəli olacaq.

0
Dünən / 12:02
|
868

SİMA KYC Rabitəbank mobil tətbiqində

SİMA KYC rəqəmsal həlli Rabitəbank mobil tətbiqinə inteqrasiya olundu. Artıq müştərilər banka getmədən şəxsiyyətini təsdiqləyib xidmətlərdən yararlana bilər.

0
2026-06-27 08:01
|
711

Akademiyada Məzun Günü qeyd olundu

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Məzun Günü tədbiri keçirilib, məzunlar təbrik edilib.

0
2026-06-26 16:02
|
222

Qafqazın ilk Apple Shop-u Kontakt-da açıldı

Kontakt mağazalar şəbəkəsi Qafqazın ilk rəsmi Apple Shop-unu açdı. Apple məhsulları vahid ekosistemdə təqdim olunur. 12 ay faizsiz taksit imkanı.

0
2026-06-25 09:03
|
423

Bir ekosistemi Spark qaliblərini elan etdi

Bir ekosistemi Spark Tələbə İnnovasiya Proqramının qaliblərini elan etdi. KəndYol, AEVIC Esports və Booker komandaları mükafatlandırıldı.

0
2026-06-25 06:00
|
776

"Sağlam gələcək" layihəsinə start verildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb. Layihə qadın sağlamlığı və reproduktiv rifaha yönəlib.

0
2026-06-24 15:32
|
784

SİMA İmza ilə Birbank Biznesdə onlayn rahatlıq

SİMA İmza Birbank Biznesə inteqrasiya olundu. Fərdi sahibkarlar onlayn qeydiyyat, hesab açma və bank əməliyyatlarını rəqəmsal imza ilə idarə edə bilər.

0
2026-06-24 11:30
|
428

"Kristal" layihələri: sərfəli ev sahibi olmaq fürsəti

"Kristal"ın "Biləcəri" və "Park Xırdalan" layihələrində sərfəli qiymət və rahat ödəniş şərtləri ilə ev sahibi olun.

0
2026-06-24 06:03
|
475

ATU və Xarkov Tibb Universiteti görüşü

ATU rektoru Xarkov Milli Tibb Universitetinin nümayəndə heyətini qəbul etdi. Pediatrik onkohematologiya və birgə elmi layihələr müzakirə olundu.

0
...
ATU-da DDTU nümayəndə heyəti ilə görüş | Bond.az