Bond.az White LogoBond.az Black Logo

Azərbaycan startapları Silikon Vadisi ilə əlaqələri gücləndirir

Azərbaycan startapları Plug and Play tərəfdaşlığı ilə Silikon Vadisində əlaqələrini gücləndirir. GOAL proqramı çərçivəsində startaplar beynəlxalq bazarlara çıxış imkanı qazanır.

Elnur Tağıyev
Müəllif:Elnur Tağıyev- Senior Editor
|
0

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və "Plug and Play" innovasiya şirkətinin tərəfdaşlığı ilə keçirilən "GOAL" proqramının qalib startapları Silikon Vadisində görüşlər keçirib.

Azərbaycan startapları ilə "Plug and Play" şirkətinin baş icraçı direktoru Saed Amiri arasında görüş baş tutub. Görüşdə startapların inkişafı, investisiya, xarici bazarlara çıxış və "Silikon Vadisi" ekosisteminə inteqrasiya imkanları müzakirə edilib.

Proqram iştirakçıları həmçinin "Plug and Play"in müxtəlif komandaları ilə görüşlər keçirirlər. Növbəti həftə startaplar "Silicon Valley Summit" çərçivəsində "Global Startup Showcase" səhnəsində çıxış edəcək, məhsullarını beynəlxalq auditoriyaya təqdim edəcəklər.

Proqram ərzində "Hyundai Innovation Day", "LinkedIn", "Odoo" və "San Jose AI Center of Excellence Expo" kimi tədbirlər də nəzərdə tutulub. Azərbaycandan olan "Pionero AI" startapı "Shark Tank" sessiyasının qalibi olaraq "Global Startup Showcase" tədbirində investorlar önündə təqdimat imkanı əldə edib.

"GOAL" proqramında altı Azərbaycan startapı iştirak haqqı qazanıb: "Glacies Biome", "Enduropy", "Bonfi", "Recepta", "Pixelfork", "Pionero AI". Startaplar investor sessiyalarında, korporativ müzakirələrdə, təqdimat simulyasiyalarında və beynəlxalq şəbəkələşmə tədbirlərində iştirak edirlər.

"GOAL" proqramının məqsədi yerli innovasiya ekosisteminin beynəlxalq səviyyədə tanınmasına, Azərbaycan startaplarının qlobal platformalarda təmsil olunmasına və ölkənin innovasiya potensialının təşviqinə dəstək verməkdir.

Digər Xəbərlər
2026-07-04 16:32
|
774

İt dişləməsi nəticəsində burnunu itirən xəstəyə yeni burun formalaşdırıldı

Azərbaycanda it dişləməsi nəticəsində burnunu itirən 67 yaşlı xəstəyə uğurlu burun rekonstruksiyası əməliyyatı icra olundu.

0
2026-07-01 14:31
|
472

Ədliyyə nazirlərinin görüşü

Azərbaycan və Türkiyə ədliyyə nazirləri Fərid Əhmədov və Akın Gürlek görüşüb, əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

0
2026-07-01 13:01
|
222

Kristal layihələrində sərfəli mənzil şərtləri

Kristal-ın Yeni Sumqayıt və Sahil Park layihələrində sərfəli mənzil satış şərtləri: ilkin ödəniş 14 900 AZN-dən başlayır, 20 ilədək ipoteka imkanı.

0
2026-07-01 12:01
|
218

XalqKart faiz hesablanan qalıq həddi 20 000 AZN-ə çatdı

XalqKart faizli qalıq limiti artırıldı: 300-20 000 AZN arası qalığa illik 7% gəlir. Pulsuz kart, bonuslar və keşbek imkanları.

0
2026-07-01 11:33
|
252

Birbank işarət dili ilə xidməti genişləndirir

Birbank eşitmə və nitq məhdudiyyətli müştərilər üçün işarət dili ilə xidməti filiallara genişləndirir. İnklüziv bankçılıqda yeni addım.

0
2026-07-01 11:30
|
592

Rəqəmsal hökumət vörkşopu İRİA və BMT əməkdaşlığı ilə keçirildi

İRİA və BMT-nin birgə təşkil etdiyi rəqəmsal hökumət vörkşopunda Azərbaycanın rəqəmsal inkişafı, süni intellekt və kibertəhlükəsizlik müzakirə olundu.

0
2026-07-01 08:32
|
836

İSB 2 saylı ASAN xidmətdə fəaliyyətə başlayır

İcbari Sığorta Bürosu 2 saylı Bakı ASAN xidmət mərkəzində fəaliyyətə başlayır. Yeni xidmət pəncərəsi ilə müraciətlər qəbul ediləcək.

0
2026-07-01 07:32
|
843

Google Coob Ads-i Azərbaycanda rəsmi satış nümayəndəsi təyin etdi

Google, Coob Ads-i Azərbaycanda rəsmi Google Ads satış nümayəndəsi təyin etdi. Yeni tərəfdaşlıq bizneslərə pulsuz ekspert dəstəyi və AI reklam həlləri təqdim edir.

0
2026-07-01 07:01
|
602

INMerge Berlin beynəlxalq tədbirlər seriyasını yekunlaşdırdı

"PAŞA Holding"in təşkil etdiyi "INMerge" İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını Berlində yekunlaşdırdı.

0
2026-06-30 06:02
|
289

IM LS9 hibrid SUV Bakıda təqdim olundu

IM LS9 plug-in hibrid SUV Bakıda təqdim olundu. Qiymət, texniki xüsusiyyətlər, zəmanət və əlaqə məlumatları.

0
2026-06-29 14:33
|
297

İRİA "Microsoft for Startups" proqramına qoşulub

İRİA Microsoft for Startups proqramına qoşularaq yerli startaplara qlobal texnologiya imkanları təqdim edir. Müraciət deadline: 1 dekabr 2026.

0
2026-06-29 14:02
|
553

David Seliverstov Caspian Capital Holding-in vitse-prezidenti təyin edildi

David Seliverstov Caspian Capital Holding-in vitse-prezidenti təyin edilib. O, texnologiya, innovasiya və beynəlxalq əməkdaşlıq üzrə fəaliyyət göstərəcək.

0
...