“Baku Flames” festivalı uğurla yekunlaşdı. 15-16 may tarixlərində keçirilən tədbirdə 10-dan çox ölkədən 320 layihə təqdim olundu.
“Azercell Telekom” MMC “Ən Yaxşı Yerli Brend” adını qazandı. Şirkətin “DigiMax” və “Oflayn Qadınlar” layihələri Qran-pri, iki qızıl və iki bürünc mükafata layiq görüldü.
“Oflayn Qadınlar” sosial təsir kampaniyası Qran-pri və qızıl mükafat aldı. “DigiMax” tarif paketinin tanıtım çarxı isə qızıl mükafat qazandı.
Platforma 30 mindən çox unikal baxış topladı. Festivalda şirkət nümayəndələri panel müzakirələrə də qatıldı.












