Bond.az White LogoBond.az Black Logo

Bolt Bakıda ilk Təhlükəsizlik Konfransını keçirdi

Bolt Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirdi. Yol təhlükəsizliyi, innovativ həllər və dövlət-özəl əməkdaşlığı müzakirə edildi.

Rasim Bayramov
Müəllif:Rasim Bayramov- Senior Editor
|
0

Mayın 18-də "Bolt" şirkəti "Sea Breeze Resort"da ilk Azərbaycan Təhlükəsizlik Konfransını təşkil edib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, o cümlədən Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AYNA, AZCON, İqtisadiyyat Nazirliyi və KOBİA, sürücü tərəfdaşlar və tələbələr iştirak edərək yol təhlükəsizliyi və təhlükəsizlik standartlarının inkişafı mövzularını müzakirə ediblər.

Konfransın əsas məqsədi Azərbaycanda yol təhlükəsizliyi sahəsində maarifləndirməni artırmaq, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirmək və təhlükəsiz mobillik standartlarının inkişafına töhfə vermək olub.

Tədbirin moderatorları "Bolt"un regional dövlət əlaqələri üzrə meneceri Yuliya Maliç və "Bolt for Business" üzrə baş meneceri Salman Babazadə olublar.

Açılışda çıxış edən "Bolt"un dövlət əlaqələri üzrə direktoru Tom Tuksvort şirkətin təhlükəsizlik və uyğunluq sahəsindəki təşəbbüslərindən danışıb.

O, Azərbaycanda tətbiq olunan təhlükəsizlik həllərinə də toxunub: hər səfər sürücünün selfi təsdiqi ilə başlayır, bütün səfərlər real vaxt rejimində izlənilir və həm sürücülər, həm də sərnişinlər üçün tətbiqdaxili SOS funksiyası mövcuddur.

"Bolt"un məlumatına görə, platformadakı səfərlərin 99.9%-i heç bir təhlükəsizlik insidenti qeydə alınmadan tamamlanır. Sərnişinlərin təxminən yarısı səfər paylaşımı funksiyasından istifadə edir, 400 mindən çox istifadəçi "etibarlı əlaqəli şəxslər" funksiyasını aktivləşdirib, audio səfər qeydi funksiyasının istifadəsi isə 40%-dən çox artıb.

AMAK-ın prezidenti Vüsal Rəcəbli yol təhlükəsizliyi mədəniyyəti, sürücü davranışları və maarifləndirmənin əhəmiyyətini vurğulayıb. AZCON-un sistem direktoru Samir Əliyev isə mövcud çağırışlardan danışıb.

Tədbir çərçivəsində "Qlobal Platformalarda təhlükəsizlik sahəsi" adlı sessiya keçirilib. Sessiyada "Bolt" nümayəndəsi Ketrin Merser, qadın sürücü Gülnaz Kazımzadə, "AmCham" Təchizat Komitəsinin sədr müavini Maarifə Paşayeva və AMAK-ın direktoru Vüsal Rəcəbli iştirak edib.

Maarifə Paşayeva "Bolt"un "Video müşahidə" təhlükəsizlik həlli barədə məlumat verib: sərnişinlər səfərin 360 dərəcəlik videosunu yaxınları ilə paylaşa bilir, xüsusi təhlükəsizlik komandası isə fövqəladə hallarda operativ reaksiya göstərir.

Konfransda "Bolt Azərbaycan"ın baş meneceri İlkin Zeynallı və "Sabah.Hub" İnnovasiya Mərkəzinin İdarə heyətinin üzvü Orxan Abbasov arasında memorandum imzalanıb. Əməkdaşlıq innovasiya, təhsil və təhlükəsizlik istiqamətində birgə təşəbbüsləri əhatə edir.

2025-ci il üzrə ən peşəkar və təhlükəsiz xidmət göstərən sürücü tərəfdaşlar "Bolt Academy" çərçivəsində mükafatlandırılıb. Həmçinin yol təhlükəsizliyi mövzusunda tələbələrarası müsabiqədə fəal iştirak edən tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.

Digər Xəbərlər
Bu gün / 07:30
|
675

Rövşən Mahmudov 'Grand Agro'ya CEO təyin olundu

Rövşən Mahmudov 'Grand Agro' şirkətinin yeni CEO-su təyin olundu. Onun təcrübəsi və əvvəlki uğurları haqqında məlumat.

0
Bu gün / 05:31
|
688

Qızıl kreditini köçürənə 3% endirim

Expressbank qızıl təminatlı kreditini köçürənlərə 3% endirim təklif edir. 100 000 manatadək kredit, sərfəli şərtlər.

0
Dünən / 07:32
|
618

"Sağlam həmkar" turniri start aldı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil olunan "Sağlam həmkar" minifutbol turniri başladı. 17 komanda mübarizə aparır.

0
2026-06-06 07:01
|
961

№1 Çörək Zavodu: İstehsal prosesi normalara uyğundur

№1 Çörək Zavodunda istehsal prosesi texnoloji və sanitariya normalarına uyğun şəkildə həyata keçirilir. Son iddialarla bağlı araşdırma nəticələri.

0
2026-06-05 17:02
|
534

Xiaomi 17T seriyası təqdim olundu

Xiaomi 17T seriyası rəsmi təqdim olundu: 5x Leica kamera, 144 Hz ekran, 7000 mAh batareya. Qiymət və satış şərtləri.

0
2026-06-05 09:03
|
892

Azercell və AWS-dən Azərbaycan dili üçün süni intellekt platforması

Azercell və AWS Azərbaycan dilində süni intellekt modellərinin təlimi üçün texnoloji platforma yaradıb. Bu layihə ölkənin rəqəmsal inkişafına töhfə verir.

0
2026-06-05 08:34
|
973

№1 Çörək zavodu maffin iddialarına cavab verdi

№1 Çörək zavodu maffin məhsulu ilə bağlı iddiaları araşdıraraq açıqlama yayıb. Məhsul təhlükəsizlik tələblərinə cavab verir.

0
2026-06-05 08:02
|
336

Azərbaycanın yeni elektronika mağazası Protechunity.com fəaliyyətə başladı

Azərbaycanın yeni elektronika mağazası Protechunity.com fəaliyyətə başladı. Geniş məhsul çeşidi, rəqabətli qiymətlər və müştəri dəstəyi ilə onlayn alış-veriş platforması.

0
2026-06-04 12:30
|
978

Az Çəki, Çox Həyat: Novo Nordisk Azərbaycanda

Novo Nordisk Azərbaycanda piylənmə ilə mübarizə üçün yeni GLP-1 preparatını təqdim edir.

0
2026-06-04 12:00
|
648

Azerconnect Group AI RAN Alyansına qoşuldu

Azerconnect Group MDB regionunda ilk dəfə AI RAN Alyansına qoşulub, süni intellekt əsaslı şəbəkə texnologiyalarını inkişaf etdirəcək.

0
2026-06-04 11:32
|
875

Cavid Süleymanlı TRƏS təqdimatında iştirak edib

Marketoloq Cavid Süleymanlı Səhiyyə Nazirliyinin yeni TRƏS sisteminin təqdimatında xüsusi qonaq qismində iştirak edib. Rəqəmsal səhiyyə yenilikləri haqqında.

0
2026-06-04 10:31
|
371

Park Yasamalda hazır studiya mənzillər satışda

Park Yasamal yaşayış kompleksində hazır studiya və çoxotaqlı mənzillər satışa çıxarıldı. İpoteka və hissəli alış imkanları ilə təklif olunur.

0
...