Caspian Capital Holding-in idarəetmə strukturunun təkmilləşdirilməsi və strateji inkişaf prioritetlərinin gücləndirilməsi çərçivəsində David Seliverstov holdinqin vitse-prezidenti vəzifəsinə təyin edilib.
Bu barədə Oxu.Az-a holdinqin mətbuat katibliyindən məlumat verilib. Təyinat İdarə Heyətinin sədri Elxan Paşayevin qərarı əsasında həyata keçirilib.
Yeni vəzifəsində Seliverstova yüksək texnologiyalar, innovativ inkişaf, iqtisadi əməkdaşlıq, beynəlxalq tərəfdaşlıqlar və strateji layihələr üzrə koordinasiya həvalə olunub.
O, holdinqin texnoloji inkişaf strategiyasının gücləndirilməsi, rəqəmsal transformasiyanın dəstəklənməsi, innovativ təşəbbüslərin təşviqi, investisiya layihələrinin inkişafı və beynəlxalq əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi istiqamətində çalışacaq.












