Ədliyyə naziri Fərid Əhmədov Türkiyənin ədliyyə naziri Akın Gürleki qəbul edib.
Nazir Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Görüşdə ədliyyə sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub.
Hüquqi yardım, penitensiar sistem, rəqəmsal həllər və kadr hazırlığı istiqamətlərində əməkdaşlığın genişləndirilməsi vurğulanıb.
Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə layihələrin əhəmiyyəti qeyd olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.












