Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib. Yeni dəyişikliklərə əsasən, fiziki və hüquqi şəxslər həm fərdi, həm də kollektiv müraciətlərini EHİS-dəki elektron kabinetləri vasitəsilə təqdim edə biləcəklər.
Məqsəd vətəndaşların dövlət qurumları ilə qarşılıqlı əlaqəsini daha çevik və əlçatan etməkdir. Elektron müraciətlərə cavablar müraciət edənin seçiminə uyğun olaraq elektron kabinet, e-poçt və ya poçt ünvanına göndəriləcək.
Qeyd edək ki, qanun xarici vətəndaşlara və hüquqi şəxslərə də şamil edilir.












