Pekin Beynəlxalq Avtomobil Sərgisində böyük maraq qazanan IM LS9 modeli Azərbaycanda ilk dəfə təqdim edilib.
IM Motors-un flaqmanı IM LS9, qabaqcıl texnologiyaları ilə Azərbaycan bazarına daxil olur. Rəsmi idxalçı Onvolt MMC-nin təsisçisi Həsən İsmayılov bildirib: "2022-ci ildən elektrik avtomobillər idxal edirdik, indi SAIC konserni hibridləri də əlavə etdi. LS9 EREV artıq Bakıdadır, LS6 və LS8 EREV yaxın aylarda gələcək."
IM LS9, 6 nəfərlik premium plug-in hibrid SUV olub, 4 il və ya 100.000 km zəmanətlə təqdim olunur.
Model yüksək komfort, innovativ sürücü dəstək sistemləri və 1500 km-ədək məsafə qət etmə imkanı ilə ailə və biznes istifadəçiləri üçün ideal premium SUV olaraq mövqelənir.
Texniki xüsusiyyətlər: Uzunluq 5279 mm, en 2000 mm, hündürlük 1806 mm, təkər bazası 3160 mm, 517 at gücü, tam ötürücü.
IM LS9, steer-by-wire texnologiyası və 24 dərəcə hərəkətli arxa təkər idarəetməsi ilə fərqlənir. Bu həllər böyük SUV üçün çevik idarəetmə və rahat manevr təmin edir.
Avtomobil müxtəlif eksteryer, interyer və təkər diski kombinasiyaları ilə təqdim olunur. 4D masaj, 8K salon ekranları, Bang & Olufsen səs sistemi, NVIDIA və Qualcomm prosessorları ilə təchiz edilmişdir.
IM LS9-un qiyməti 106.760 AZN-dən (ƏDV daxil) başlayır. Model premium SUV seqmentində yeni standartlar müəyyən edərək hibrid texnologiyalara marağı artırmağı hədəfləyir.
Rəsmi idxalçı: Onvolt MMC
Ünvan: Bakı, Ceyhun Hacıbəyli küç. 194
Tel: +994 99 440 00 07, +994 12 440 00 07












