İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) "Microsoft" şirkətinin "Microsoft for Startups Investor Network" beynəlxalq proqramına qoşulub.
Bu əməkdaşlıq yerli startapların qlobal texnologiya ekosisteminə inteqrasiyasını sürətləndirəcək. Startaplar "Azure" bulud kreditləri, süni intellekt xidmətləri və "GitHub Enterprise" kimi imkanlar əldə edəcək.
Proqram çərçivəsində seçilmiş startaplar "Microsoft" mühəndisləri ilə texniki konsultasiya sessiyalarında iştirak edə bilər. Aylıq qiymətləndirmə və mentorluq mexanizmləri də tətbiq olunacaq.
Startapların qeydiyyatı üçün son tarix 1 dekabr 2026-cı ildir. Müraciətlər aylıq əsasda qiymətləndiriləcək və il ərzində 40-50 startapın faydalanması gözlənilir.
Qiymətləndirmədə investisiya potensialı, bazar traksiyası, innovativlik və miqyaslana bilmə kimi meyarlar nəzərə alınacaq.












