Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında unikal burun rekonstruksiyası uğurla həyata keçirilib.
67 yaşlı xəstə öz iti tərəfindən dişlənmə nəticəsində burnunun böyük hissəsini itirib. İlkin əməliyyat uğursuz olub.
Doktor Dilqəm Məhərrəmov tərəfindən aparılan çoxmərhələli əməliyyatda ən mürəkkəb texnikalar tətbiq edilib.
Nəticədə həm estetik görünüş, həm də tənəffüs funksiyası tam bərpa olunub.












