"Radius" şirkəti Cənubi Koreyanın məşhur təkər brendi "Kumho"nun Azərbaycanda tanıdılmasını gücləndirəcək. Bu barədə "Kumho Tire" nümayəndələri infosessiyada bildiriblər.
Tədbirdə iştirakçılar Kumho-nun istehsal imkanları və məhsul çeşidi ilə tanış olublar. Brend dünyanın 180 ölkəsində təmsil olunur.
Kumho təkərləri təhlükəsizlik, davamlılıq və komfort baxımından üstünlük təşkil edir. Azərbaycanda əsas hədəf keyfiyyətli təkər seçimi təqdim etməkdir.
"Radius" şirkəti 2020-ci ildən Kumho-nun rəsmi distribütorudur. Portfeldə 450-dən çox məhsul var.












