"Nar"ın dəstəyi ilə Peşə Əmək Reabilitasiya Mərkəzində "JestPlus" mobil tətbiqinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Tədbirdə 30 eşitmə və nitq məhdudiyyətli şəxs iştirak edib.
Azərbaycanda ilk dəfə jest dilinin öyrənilməsi üçün yaradılan "JestPlus" tətbiqi istifadəçilərə interaktiv dərslər, testlər və praktiki tapşırıqlar vasitəsilə jest dilini sistemli şəkildə mənimsəməyə imkan verir. Tətbiq inklüzivliyin təşviqinə xidmət edir.
Tədbirdə Peşə Əmək Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətli, "Karlara Dəstək" İctimai Birliyinin sədr müavini Heydər Rəhimli, "Nar"ın eksperti Nuranə Əliyeva və ADA Universitetinin nümayəndəsi Amir Adamov çıxış ediblər.
"Nar" cəmiyyətin müxtəlif qrupları üçün bərabər imkanların yaradılmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.










